General Hofman "Mossad"ın başına gətirildi - Keçmiş SSRİ-i doğulmuşdur

Bu gün, 15:34           
General Hofman "Mossad"ın başına gətirildi -
Keçmiş SSRİ-də anadan olmuş general-mayor Roman Hofman iyunun 2-də rəsmi olaraq İsrailin xarici kəşfiyyat xidməti olan "Mossad"ın rəhbəri vəzifəsinin icrasına başlayıb.
Bu barədə "RİA Novosti" məlumat yayıb.

İsrail baş nazirinin müşaviri Dmitri Gendelman bildirib ki, bu təyinat tarixi əhəmiyyət daşıyır. Onun sözlərinə görə, Baş nazir Benyamin Netanyahu bir daha təsdiqləyib ki, ölkədə mühüm vəzifələr mənşəyindən asılı olmayaraq ən peşəkar şəxslərə həvalə olunur.

Mərasim "Mossad"ın qərargahında keçirilib. Tədbirdə baş nazir, parlament sədri və Baş Qərargah rəisi iştirak ediblər.

1976-cı ildə Belarusda anadan olan Roman Hofman 1990-cı ildə ailəsi ilə birlikdə İsrailə köçüb. O, daha əvvəl 7-ci zirehli briqadaya və "Etsion" regional briqadasına komandanlıq edib. 2024-cü ilin may ayından isə baş nazirin hərbi katibi vəzifəsində çalışıb.

Hofman bu vəzifədə istefaya göndərilən David Barneanı əvəz edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru