Şəhid xanımının qətlinin qısqanclıq zəmnində baş verdiyi yazılır. Amma….

Bu gün, 09:06           
Şəhid xanımının qətlinin qısqanclıq zəmnində baş verdiyi yazılır. Amma….
Bu, yenə də o iki uşağın anasız qaldığı faktını dəyişmir. Heç bir səbəb qətlə bəraət qazandırmır. Bu faciənin nəticəsində bir qadın həyatını itirdi, iki uşaq isə anasız qaldı….
***
İki uşaq babasının pul hərisliyinə görə anasız qaldı...
Çox ağır xəbərdi, özəlliklə hadisənin iyunun 1-də olması, məhz uşaqlar günündə iki uşağın anasız qalması...Və onlar həm də atasızdılar, şəhid övladıdılar.
Şəhid Səxavət Məmmədovun atası gəlini Gülüzar Məmmədovanı qətlə yetirib. Cinayətin kökündə dövlətin şəhid ailəsinə təmin etdiyi maddi vəsaitlər (müavinət kartı) və mənzil üstündə yaşanan mübahisələr dayanır.
Qonşuların sözlərinə görə, bundan əvvəl də tərəflər arasında ev üstündə mübahisələr yaşanıb:
Şuşa şəhərciyinin yaxınlığında inşa edilən binalar 44 günlük müharibədən sonra şəhid ailələrinə verilib. Həmin evlərdən biri də Səxavət Məmmədovun ailəsinə təqdim olunub. Lakin şəhidin atası Adıgözəl Məmmədov gəlinini bu evdən çıxararaq nəvələri ilə birlikdə orada yaşamağa başlayıb.
Və iyunun 1-i...
Adıgözəl bəy gəlinindən kartı almaq üçün Uşaqların Beynəlxalq Müdafiəsi Gününü bəhanə edir, onu evə çağırır. Uşaqlarla görüşüb evinə qayıdarkən qaynatası onun arxasınca gələrək liftdə bıçaqlayır.
P.S Şəhid ailələrinə verilən imtiyazlar, mülklər hər zaman mübahisəyə səbəb olub. Ona görə də bu məsələlərə ciddi nəzarət olmalıdır.
Bu gün üçün isə:
İki uşaq anasız, ailə isə böyük bir faciə ilə baş-başa qaldı...
Günay Rəsulqızı
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru