Məşhur prodüserin adı Hövsandakı adam oğurluğu qalmaqalında hallanır - TƏFƏRRÜAT

Bu gün, 17:32           
Məşhur prodüserin adı Hövsandakı adam oğurluğu qalmaqalında hallanır - TƏFƏRRÜAT
Hövsan qəsəbəsində bir qrup şəxsin əvvəlcədən tanıdıqları bir vətəndaşı zorla qaçırmağa cəhd etdiyi insidentlə bağlı redaksiyamıza yeni məlumatlar daxil olub.
Bakupost.az-ın əldə etdiyi məlumata görə, insident iştirakçıları arasında “Təhqiqat TV”nin rəhbəri, tanınmış prodüser Roland Bayramov və “Simsel” şirkətinin icraçı direktoru Sübhan Əzizovun da adı çəkilir.
Əldə etdiyimiz digər məlumata əsasən, görüntülərdə əks olunan hadisə tərəflər arasında yaranmış pul mübahisəsi zəminində baş verib.

Hadisə iştirakçılarının şəxsiyyəti polis əməkdaşları tərəfindən müəyyən edilib, onların saxlanılması istiqamətində tədbirlər görülür.
Məsələ ilə bağlı “Simsel” şirkəti ilə əlaqə saxladıq. Bildirildi ki, Sübhan Əzizov hazırda polis bölməsindədir.
Qeyd edək ki, Roland Bayramov uzun müddət tanınmış şəxslərlə çalışıb, müxtəlif konsertlərin təşkilatçısı kimi fəaliyyət göstərib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru