MARAQLI: DƏVƏLƏR BARƏSİNDƏ NƏ BİLİRSİNİZ?
Bu gün, 08:54

Vaxt var idi, bütün şərq dövlətlərinin gücü demək olar ki, tamamilə dəvələrdən və onların dözümlülüyündən asılı idi. Bu unikal heyvanlar haqqında bəzi faktlar:
*Dəvə həm şirin, həm də duzlu su içir. O, hətta Ölü dənizdən su da içə bilir. Bununla belə, ona heç nə olmayacaq. Çünki dəvənin böyrəyi suyu süzür, duzdan ayırır və içməyə yararlı şirin suya çevirir.
*Dəvənin də tikanları var. Lakin bu tikanlar onun mədə və bağırsaqlarına zərər vermir. Çünki, onun tüpürcəyi turşunun özü kimi, tikanları əridir. Tüpürcək tikanı əridir.
*Dəvənin iki göz qapağı var. Biri nazik və şəffaf, digəri qalın və ətlidir. Səhrada qum fırtınası başlayanda o, qumun gözlərinə düşməsindən qorunmaq üçün, şəffaf göz qapağını bağlayır.
*Dəvə bədən istiliyini də dəyişə bilər: soyuq olarsa, hərarətini artırır, qızmar səhrada isə, isti olanda, bədən istiliyini aşağı salır.
*Ekstremal şəraitdə dəvələr təxminən 30 gün su içmədən və bir neçə aya qədər yemək yemədən gedə bilərlər. Qida maddələrinin təsirli ehtiyatları - su deyil (!) - növdən asılı olaraq dəvələrdə yağ şəklində bir və ya iki donqarda saxlanılır. Uzun gəzintilər zamanı dəvə çəkisinin demək olar ki, üçdə birini itirə bilər, sonra isə, bir dəfəyə 10-15 litr su içməklə onu tez doldura bilir.
*Dəvə yunu haqlı olaraq, dünyanın ən istisi hesab olunur. Bu əla temperatur tənzimləyicisidir. İstiliyi yaxşı saxlayacaq və nəmdən qoruyacaqdır. Günəşdə bir dəvənin yunu – paltosu -səksən dərəcəyə qədər qıza bilər, bədən istiliyi isə, qırxdan çox olmayacaq. Fırtına və soyuqda dəvəninvücudu həmişə quru qalacaq, çünki yun nəinki nəmin sürətli udulmasını, həm də onun sürətlə buxarlanmasını təmin edəcəkdir.
*Təxminən bir yaşa qədər dəvə ağ tüklü olur. Bu cür yun ən incə, ən yumşaq və ən zərif olduğu üçün, dünya bazarında çox qiymətli və bahadır. Dəvənin yunu uzandıqca rəngi dəyişir.
Yeri gəlmişkən, dəvə yunu rənglənə bilməz, ona görə də ondan hazırlanan məhsulların rəng palitrası çox geniş deyil.
Есмира Шукурова

