Bu qədər sadə və primitivdir inancın təməlləri!

Bu gün, 09:38           
Bu qədər sadə və primitivdir inancın təməlləri!
Nədən tanrı və insan arasında ağa və qul arasında keçən münasibətlər qorunub saxlanılır. Bir ağanın öz qulunu cəzalandırmaq, dəyişmək, hətta öldürmək kimi icazəsi olduğu kimi, insanın da bütün həyatının sahibi tanrıdır.
Tanrı da insanı istədiyi vaxt cəzalandıra, bütün ömrü boyu bir qarın yeməyə işlədə, itaətkarlığına görə mükafatlandıra, hətta istədiyi vaxt öldürə bilər.
İnanc dediyimiz şey budur. Səbəb?
Səbəbi mistik aləmdə filanda yox, tarixdə axtar. İnanılan bütün tanrılar quldarlıq quruluşunun, quldarlıq düşüncəsinin məhsuludur. Tanrı dediyin o gözəgörünməz varlıq, sadəcə, səmavi quldardır. Dövrün şərtlərinə uyğun modelləşdirilib və insanın alt şüurunda kodlaşdırılıb.
Bir buzov doğulandan 20-30 dəqiqə sonra anasının məməsini axtardığı kimi, bir insan da ağlı söz kəsən kimi tanrının himayəsini axtarır. İnanc da bizim instinktimizdir.
Amma məsələn, çoxtanrılıq dövründə krallar tanrılarla kəllə-kəlləyə gələ bilirdilər. Gilqamış ona eşq elan edən tanrıça İnannanı sarayından qovur. Tanrıça kralı təhdid edir ki, gedib səndən ən böyük tanrı Enlilə şikayət edəcəyəm. Gilqamış eynən bizim məmur kimi qayıdır ki, get, kimə deyirsən de!
Səbəb? Çünki qədim şumerlərdə köləlik institutlaşmamışdı. Bir insanın kölələşdirilməsi üçün ya savaş əsiri olmalıydı, ya kredit borcu. İkincisi və sonrakı mədəniyyətlərdə olmayan daha ciddi səbəb Şumer kralları Uruqakine (b.e.ə 2350) və Ensi (b.e.ə. 2100) tərəfindən köləliyin qadağan edilməsiydi.
Köləlik düşüncəsi krallar tərəfindən laxladılmışdı deyə qədim şumerli tanrılarla münasibətdə, məsələn, məni bu yazının altında söyəcək azərbaycanlılardan daha azad idi.
Təktanrılığa keçid quldarlıq quruluşunun intibah dövrünə təsadüf edir. Aristotel, Platon kimi filosoflar belə insanların dünyaya ağa və qul doğulduğunu müdafiə edirdilər.
Ona görə də heç bir peyğəmbərin hünəri catmır ki, köləliyi qaldırsın. Əksinə, səmavi quldarla aralarının yaxşı olduğunu söyləyib insanlara ümid və təsəlli verirlər ki, narahat olmayın, bu dünyada da olmasa, o dünyada problemlərinizin həllinə kömək edəcəyik. Ancaq siz də az şuluqluq edin yaşamınız boyunca.
Bu qədər sadə və primitivdir inancın təməlləri!
Игидай Дадашов












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru