Rusiya-Ukrayna müharibəsində dönüş nöqtəsi? - Tramp danışdı

Bu gün, 10:48           
Rusiya-Ukrayna müharibəsində dönüş nöqtəsi? - Tramp danışdı
ABŞ Prezidenti Donald Tramp Rusiya-Ukrayna münaqişəsinin tənzimlənməsi məsələsində irəliləyişin əldə olunduğunu düşünür.

TASS xəbər verir ki, bu barədə ABŞ lideri Ağ evdə jurnalistlərin suallarını cavablandırarkən bildirib.

"Biz Rusiya və Ukrayna münaqişəsinin tənzimlənməsi üzərində işləyirik. Düşünürəm ki, bizdə irəliləyiş müşahidə olunur. Mən səkkiz müharibəni həll etmişəm. Düşünürdüm ki, bu, bəlkə də ən asanlarından biri olacaq, lakin ən mürəkkəbi çıxdı. Lakin irəliləyiş əldə olunub", - deyə prezident bildirib. O, söhbətin konkret hansı irəliləyişdən getdiyini qeyd etməyib.

Həmçinin, ABŞ administrasiyasının rəhbəri Ukraynaya uzaqmənzilli raketlərin, eləcə də "Patriot" kompleksləri üçün raketlərin tədarükü imkanını şərh edərkən bildirib ki, ABŞ-nin özünün də bunlara ehtiyacı var.

Bununla yanaşı, Tramp ABŞ-nin İrana qarşı hərbi əməliyyatının tezliklə başa çatacağını istisna etməyib. "Mən düşünürəm ki, o, kifayət qədər tez bitəcək. Düşünmürəm ki, onlar daha uzun müddət tab gətirə bilsinlər.

Mən danışıqlarda iştirak edirəm. Düşünürəm ki, bizdə hər şey yaxşı gedir", - deyə Tramp qeyd edib.

O, ABŞ və İran arasında razılaşmaların əldə olunması imkanını nəzərdə tutaraq "bu, tezliklə ola bilər" deyə vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru