KİV: ABŞ-nin Səudiyyə Ərəbistanından neft idxalı sıfıra enib

Bu gün, 10:38           
KİV: ABŞ-nin Səudiyyə Ərəbistanından neft idxalı sıfıra enib
Səudiyyə Ərəbistanından ABŞ-yə neft idxalı iyul ayında sıfıra düşüb. Bu, 1985-ci ildən bəri tədarükün tam bir ay müddətinə dayandırıldığı ilk haldır.

Oxu.Az bu barədə "Bloomberg" agentliyinə istinadən xəbər verir.

Agentliyin məlumatına əsasən, hələ aprel ayında Vaşinqton Ər-Riyaddan sutkada 600 000 bareldən çox neft satın alırdı.

Agentlik qeyd edir ki, Yaxın Şərqdəki münaqişə səbəbindən Hörmüz boğazında gəmiçiliyin pozulmasından sonra ABŞ-nin neft emalı zavodları Səudiyyədən tədarükə əvəzedici, o cümlədən ABŞ-dəki yataqlardan yüngül neft markaları axtarmağa başlayıblar.

Bundan əlavə, mövcud vəziyyətdən böyük mənfəət götürən Venesuela olub. Ölkə iyul ayında təxminən 600 000 barel neftini tədarük edib, halbuki hələ ilin əvvəlində bu göstərici 100 000 barel səviyyəsində idi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru