Xəzərdən Suriyaya raket zərbələri endirilməsinə azərbaycanlı zabit rəhbərlik edib - İLGİNC

8-10-2015, 11:08           
Xəzərdən Suriyaya raket zərbələri endirilməsinə azərbaycanlı zabit rəhbərlik edib - İLGİNC
Oktyabrın 7-də Suriyaya raket zərbələri endirən Rusiyanın Xəzər flotiliyasına məxsus “Dağıstan” gəmisinin komandirinin azərbaycanlı olduğu bəlli olub.

APA-nın “vestikavkaza.ru” saytına istinadən verdiyi məlumata görə, “Dağıstan” gəmisinə II dərəcəli kapitan Vüsal Miriyev komandanlıq edir.

V. Miriyev 1978-ci il avqustun 27-də Goranboy rayonunun Səfikürd kəndində anadan olub. 1996-cı ildən Rusiya Silahlı Qüvvələrində xidmət edir. Uşakov adına Baltik Hərbi-Dəniz İnstitutunu bitirdikdən sonra Xəzər flotiliyasında xidmətə göndərilib. 2002-2005-ci illərdə raket qayığında komandir köməkçisi, 2005-2010-cu illərdə isə raket qayığının komandiri olub. 2010-cu ildə V. Miriyev “Tatarıstan” keşikçi gəmisinin komandiri, qısa müddət sonra “Dağıstan” raket gəmisinin komandiri təyin edilib. 2013-cü il avqustun 13-də Rusiya və Azərbaycan prezidentləri bu gəmini ziyarət ediblər. V. Miriyev evlidir, 3 övladı var.

Xatırladaq ki, oktyabrın 7-də Rusiyaya məxsus 4 hərbi gəmi Xəzər dənizindən Suriyadakı hədəflərə 26 raket atıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru