Müxaliflər Rusiyanın kəşfiyyat təyyarəsini vurdu - VİDEO

8-10-2015, 23:58           
Müxaliflər Rusiyanın kəşfiyyat təyyarəsini vurdu - VİDEO
Rusiyanın Suriyadakı bəzi hədəflərə qarşı hava hücumu təşkil etməsi nəticəsində qadın və uşaqlar da daxil olmaqla onlarla dinc sakin həlak olub.

Avropa.info xəbər verir ki, Suriya müxalifətinin Rusiyanın Hələb şəhərinin üzərində uçan bir kəşfiyyat təyyarəsini vurduğu bildirilir.

Suriyada müxaliflər qarşısında ağır itkilər verən Əsəd ordusu, İran və Hizbullah döyüşçülərində axtardığı gücü tapa bilmədiyi üçün Rusiyadan kömək istədi.

Rusiya Hərbi Hava Qüvvələri isə müxaliflərin nəzarətində olan bölgələrdə əməliyyatlar təşkil edir və kəşfiyyat xarakterli uçuşlar həyata keçirirlər.

Sosial şəbəkələrdə yayılan bir videoda isə müxaliflərin Rusiyaya aid bir kəşfiyyat təyyarəsinin vurulduğu bildirilir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru