Dünya Bankından ölkələrə imitasiya xəbərdarlığı

9-11-2015, 12:13           
Dünya Bankından ölkələrə imitasiya xəbərdarlığı
Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə baş iqtisadçısı Hans Timmer zəifləyən dünya iqtisadiyyatı fonunda risklərlə bağlı tövsiyələr verib.

Azadliq.info bildirir ki, onun sözlərinə görə, Şərqi Avropanın neft ixracatçıları neftin ucuzlaşması ilə əlaqədar çətinliklərlə üzləşib.

Yerli valyutalar qiymətdən düşür, iş yerləri ixtisar olunur, aktivlər ucuzlaşır, ev təsərrüfatlarının gəlirləri azalır.

Baş iqtisadçı hesab edir ki, valyuta məzənnələri kredit pul siyasətilə uyğunlaşdırılaraq, korrektə edilməli, daxili inflyasiyaya nəzarət edilməlidir. Daha vacib tövsiyə isə iqtisadi sabitlik üçün islahatların imitasiya edilməməsi, aparılmasıdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru