Gürcü prezident Sarkisyanı rədd etdi - Tiflis səfərinin sirri

12-11-2015, 15:01           
Gürcü prezident Sarkisyanı rədd etdi - Tiflis səfərinin sirri
Rusiyadan ayrılan 200 milyon kredit əsasında alınan müasir hərbi texnika yaxın vaxtlarda Ermənistana gətiriləcək.

AzVision.az xəbər verir ki, bu barədə “Aykakan Janamak” qəzeti xəbər yayıb.

Nəşr qeyd edir ki, Rusiyadan gələn silahların Gürcüstan öz ölkəsindən keçməsinə icazə vermir.

“Hərbi texnika Ermənistana olduqca çətin marşrut üzrə gətiriləcək. Rusiyadan onu Qazaxıstana, daha sonra İrana, oradan isə Ermənistana aparacaqlar. Məsələ bundan ibarətdir ki, Rusiya-Gürcüstan münaqişəsindən sonra Gürcüstan öz ərazisindən bizim ölkəmizə hərbi texnika gətirilməsinə imkan vermir. Nəticədə hərbi texnikanın gətirilməsi üçün belə uzun yol seçilib.

İşə yaxın olan mənbənin sözlərinə görə, Ermənistan prezidenti Serj Sarkisyan Gürcüstana səfəri zamanı bu məsələyə toxunub. Belə ki, 200 milyonluq kredit əsasında Ermənistan “İsgəndər” raketi ilə yanaşı, digər hərbi texnika (Smerts) da alıb ki, bu da texnikanın qısa yolla ölkəyə gətirilməsinə imkan vermir”, - deyə qəzet yazıb.

Qeyd edilib ki, Gürcüstan prezidenti Georgi Marqvelaşvili Sarkisyanın təklifinə müsbət cavab vermədiyi üçün silahların daşınma marşrutu dəyişib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru