Netanyahu və 6 nazir barədə barədə həbs qərarı verildi -ŞOK

13-11-2015, 23:00           

İsrail Baş naziri Binyamin Netanyahu və 6 israilli nazir barəsində həbs qərarı verilib.

Axar.az xəbər verir ki, bu barədə İspaniya Ali Məhkəməsinin hakimi Xose de la Mata yenidən gündəmə gələn “Mavi Mərmərə” olayına münasibət bildirərkən deyib. İsrailli nazirlər İspaniya ərazisinə daxil olduqları an həbs ediləcəklər.

O qeyd edib ki, qısa zaman ərzində İsrail rəsmiləri olayla bağlı İspaniya polisinə ifadə verməldirlər.

Xatırladaq ki, 2010-cu ilin mayın 31-də İsrailin Hərbi-Dəniz Qüvvələri Aralıq dənizdə Fələstinə humanitar yardım aparan "Mavi Mərmərə" gəmisinə hücum etmişdilər. Nəticədə 10 insan ölmüş, xeyli sayda insan isə yaralanmışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru