Neftdən növbəti antirekord - Qiymətlər 2008-ci ilin səviyyəsinə düşdü

11-12-2015, 18:28           
Neftdən növbəti antirekord - Qiymətlər 2008-ci ilin səviyyəsinə düşdü
Dünya bazarlarında bu gün neft yenə ucuzlaşmaqda davam edib. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, OPEK-in neft hasilatını artıracağı qorxusu birjalarda narahatlıq yaradıb və Brent markalı neftin 1 barelə görə 39,16 dollara qədər ucuzlaşmasına səbəb olub.

Bu 2008-ci ilin dekabrından qeydə alınan ən aşağı qiymətdir. WTI markalı neftin qiyməti isə Nyu-York birjalarında 36,35 dollara qədər geriləyib. Beynəlxalq Energetika Agentliyi neftin qiymətinin ən azı 2016-cı ilin sonlarına qədər bu vəziyyətdə qalacağına proqnoz verir. Agentlik bunun səbəbi kimi dünyaya neftə olan tələbatın azalması və OPEK-in əksinə neft hasilatını artırması ilə bağlıdır. Treyderlərin əksəriyyəti neftin gələn həftə də ucuzlaşacağını düşünürlər












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru