Rusiyaya qarşı iqtisadi sanksiyaları daha altı aylığa uzadılacaq

15-12-2015, 10:57           
Rusiyaya qarşı iqtisadi sanksiyaları daha altı aylığa uzadılacaq
Avropa Birliyinin (AB) yüksək rütbəli rəsmisi AzadlıqRadiosuna deyib ki, birlik Rusiyaya iqtisadi sanksiyaları daha altı aylığa uzadacaq. Bu qərar AB səfirlərinin dekabrın 21-də gözlənən görüşündə veriləcək. 2016-cı il iyulun 31-dək Rusiyanın maliyyə, neft və hərbi sektorlarına sanksiyalar qüvvədə qalacaq.

Sanksiyaların uzadılması məsələsinə AB xarici işlər nazirlərinin dekabrın 14-də Brüssel görüşündə baxılacaqdı. Ancaq İtaliya ötən həftə bunun qarşısını aldı, daha yüksək siyasi səviyyədə müzakirəyə çağırdı. Belə bir fikir yarandı ki, İtaliyanın baş naziri Matteo Renzi AB liderlərinin bu həftənin sonunda gözlənən görüşündə məsələni qaldıra bilər.

Sanksiyalar ötən ilin iyulunda və sentyabrında Ukraynanın Krım yarımadasının Moskva tərəfindən qanunsuz ilhaqına cavab olaraq qoyulub.

Uzadılmasa, sanksiyalar gələn il yanvarın 31-də bitəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru