OPEK bir ildən sonra neftin bahalaşacağını proqnozlaşdırıb

16-12-2015, 09:35           
OPEK bir ildən sonra neftin bahalaşacağını proqnozlaşdırıb
Neft İxrac edən Ölkələr Birliyinin (OPEK) baş katibi Abdulla Səlim əl Badri il ərzində neftin qiymətinin yenidən qalxacağını proqnozlaşdırıb. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə o Nyu-Dehlidə mətbuat konfransında çıxışı zamanı bildirib.

“Bir neçə ay və ya bir il ərzində vəziyyət dəyişiləcək”, deyə Əl Badri əminliyini ifadə edib.

OPEK-in baş katibi qeyd edib ki, OPEK üzv dövlətlərin hamısı üçün ən optimal qiymətin müəyyənləşdirilməsinə çalışır. Onun sözlərinə görə, qiymətlər elə səviyyəyə çatmalıdır ki, iştirakçılar layiqli gəlir əldə edə bilsinlər.

“Mən ömrüm boyu neft biznesi sahəsində çalışmışam. Mən altı dövr (sikl) müşahidə etmişəm – həddindən yüksək və həddindən aşağı qiymətlər. İndiki vəziyyət belə dövrlərdən biridir və o çox çəkməyəcək”, deyə baş katib əminliyini ifadə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru