Rusiya prezidenti “Türk axını”nın reallaşması üçün şərtlərini açıqladı

17-12-2015, 20:30           
Rusiya prezidenti “Türk axını”nın reallaşması üçün şərtlərini açıqladı
“Əgər Türkiyə Brüsseldən təminat ala bilsə, “Türk axını” qaz kəməri layihəsi həyata keçiriləcək”.
APA-nın məlumatına görə, bunu ənənəvi illik mətbuat konfransında Rusiya prezidenti Vladimir Putin deyib.

“Avropa Komissiyası yazılı bizə təminat verməlidir ki, bütün marşrutlar, o cümlədən Türkiyə vasitəsi ilə Avropaya uzanacaq marşrutun reallaşdırılması mümkündür və prioritet təşkil edir. Eyni zamanda təminat verilməlidir ki, Avropa Komissiyası bu marşrutu dəstəkləyəcək. Bax, əgər türkiyəli tərəfdaşlar “Qazprom”a Brüsseldən belə bir kağız gətirsələr, yolumuza davam edəcəyik. Lakin təəssüf ki, hələlik bu görünmür”, - deyə o vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru