• ABŞ-ın Bakıdakı səfirliyindən qalmaqallı sənədlə bağlı AÇIQLAMA

18-12-2015, 18:12           
• ABŞ-ın Bakıdakı səfirliyindən qalmaqallı sənədlə bağlı AÇIQLAMA
ABŞ-ın Helsinki Komissiyasının sədri, konqresmen Kris Smit Azərbaycanın yüksək vəzifəli məmurlarına sanksiyalar tətbiq olunmasını nəzərdə tutan qanun layihəsi hazırlayaraq, Konqresə təqdim edib. “Azərbaycan Demokratiya aktı” adlı sənəd bu gün Milli Məclisin iclasında sərt şəkildə tənqid edilib.

Spiker Oqtay Əsədov qeyd edib ki, bu layihənin ABŞ Konqresindən keçmək ehtimalı aşağıdır. Bununla belə, O.Əsədov ABŞ-ın Azərbaycandakı səfirliyini bununla bağlı açıqlama verməyə çağırıb: “ABŞ-ın Azərbaycandakı Səfirliyi açıqlama verməlidir ki, bu Amerikanın mövqeyidir, yoxsa ermənilərə işləyən deputatın fikridir..”.

Modern.az qarşı tərəfin mövqeyini öyrənmək üçün ABŞ-ın Bakıdakı səfirliyinə müraciət edib. Səfirlikdən verilən cavabda qeyd olunub:

“Biz qanun lahiyələrinə dair şərh vermirik”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru