Rusiyada 54 dərəcə şaxta qeydə alınıb

18-12-2015, 18:15           
Rusiyada 54 dərəcə şaxta qeydə alınıb
Rusiyanın Maqadan vilayətində 54 dərəcə şaxta qeydə alınıb.
APA-nın Rusiya bürosunun məlumata görə, kritik şaxtalı hava Maqadan vilayətinin bir neçə rayonunda müşahidə olunub.

Rusiya Fövqəladə Hallar Nazirliyinin Maqadan vilayəti üzrə Baş İdarəsindən bildirilib ki, havanın temperaturunun kəskin soyuması dekabrın 16-dan başlayıb. Orta məktəblərdə dərslər təxirə salınıb. Vilayətin bir sıra rayonları ilə rabitə əlaqəsi kəsilib. Yolları qardan təmizləyən texnika isə sıradan çıxıb.

Sinoptiklərin məlumatına görə, yaxın günlərdə temperaturun -60 dərəcəyə düşəcəyi gözlənilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru