ABŞ İraqa 800 milyon dollarlıq raket satacaq

8-01-2016, 08:51           
ABŞ İraqa 800 milyon dollarlıq raket satacaq
ABŞ Dövlət Departamenti 800 mln. dollar dəyərində “AGM-114 Hellfire” “hava-yer” tipli raketlərin və “CATM” tipli təlim raketlərinin İraqa satışına icazə verib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ-ın Müdafiə Əməkdaşlığı və Təhlükəsizlik Agentliyinin saytında dərc edilmiş məlumatda bildirilir.

Məlumata görə, bundan bir müddət əvvəl İraq 5 min raketin satışına dair ABŞ-a müraciət edib.

Bu sövdələşmənin İŞİD terror qruplaşması ilə mübarizənin gücləndirilməsinə imkan verəcəyi qeyd olunur.

İraq ABŞ-dan bu tip raketlər daha əvvəl əldə edib və onlardan istifadə zamanı heç bir problemlə üzləşməyəcəyi bildirilir.

“Raketlərin İraqa tədarükü regionda hərbi güc balansını pozmayacaq”, deyə press-relizdə bildirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru