Mark Zukerberq: “WhatsApp” istifadəçilərinin sayı 1 milyardı ötüb"

2-02-2016, 09:07           

“WhatsApp” istifadəçilərinin sayı 1 milyardı ötüb.

APA-nın məlumatına görə, bunu “Facebook” sosial şəbəkəsinin rəhbəri Mark Zukerberq bəyan edib.

O, bu münasibətlə özünün sosial şəbəkəsindəki səhifəsində “WhatsApp” messencerinin yaradıcıları Yan Kum və Brayan Ektonu təbrik edib.

Onun sözlərinə görə, “WhatsApp”-ın “Facebook” strukturuna daxil edilməsindən sonra messencerə abunəçilərin sayı ikiqat artıb.

“Dünyada cəmi bir neçə xidmət mövcuddur ki, 1 milyarddan çox insanı birləşdirir. Bu mərhələ bütün dünyanın birləşməsinə doğru mühüm addımdır”, deyə M.Zukerberq vurğulayıb.

Qeyd edək ki, “Facebook” sosial şəbəkəsi “WhatsApp”-ı 2014-cü ildə 19 milyard dollara alıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru