"Ukrayna bütün Rusiyanı fəth edər, əgər..." - Saakaşvili

9-02-2016, 13:42           
"Ukrayna bütün Rusiyanı fəth edər, əgər..." - Saakaşvili
Odessa qubernatoru Mixail Saakaşvili deyib ki, Ukrayna əsgərləri bütün Rusiyanı ələ keçirə bilər, əgər onlara müasir amerikan silahı verilsə.

Avropa.info xəbər verir ki, Saakaşvili əsas problem kimi köhnəlmiş Ukrayna silahını görür.

“Ukraynanın əsas boşluğu köhnəlmiş tank əleyhinə silahlardır. Daha yeni silahlar ABŞ-da var. Əgər ABŞ Ukraynaya bu silahı versə, ilk partladılan 50 rus tankından sonra hər şey başqa cür olacaq” – Saakaşvili bu barədə Ukraynanın “24” kanlına müsahibəsində deyib.

Onun sözlərinə görə, Ukrayna əsgəri dünyada ən yüksək döyüş ruhuna malik əsgərdir. Əsas odur ki, lazımi biliklər, silah verəsən və bütün Rusiyanı fəth edərlər. Saakaşvili qeyd edib ki, bu haqda ona ukraynalılara təlim keçən gürcü instruktorlar deyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru