"Stratfor"dan sensasion peyk görüntüləri - İran nüvə çalışmalarına davam edir

9-02-2016, 17:54           
"Stratfor"dan sensasion peyk görüntüləri - İran nüvə çalışmalarına davam edir
ABŞ-ın qlobal kəşfiyyat və araşdırma qurumu olan “Stratfor” peyk görüntüləri vasitəsilə əldə etdikləri məlumatlarla bağlı sensasion açıqlama verib.

Avropa.info xəbər verir ki, qurum İranın, bundan əvvəl nüvə çalışmaları apardığı iddia olunan bir ərazidə tikinti işlərinin başlatdığını açıqlayıb.

Bu açıqlama ilə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) "kölgə" olaraq bilinən “Stratfor” İranın uranın zənginləşdirilməsi işlərini davam etdirməyə çalışdığını iddia edib.

Təşkilatın internet saytında yerləşdirilən fotoşəkillərə görə, Parçin hərbi bazasında hal-hazırda tikinti işləri aparılır. İddialara görə, burada inşa olunan bir tunel yeraltı nüvə obyektlərinə açılır və Birləşmiş Millətlər Təşkilatının (BMT) nümayəndələrinin bu məntəqələrə giriş üçün icazəsi yoxdur.

“Stratfor” tərəfindən məsələylə bağlı verilən açıqlamada bunlar qeyd olunur:

"Parçin bazasında olduğu kimi, İranın çox ciddi şəkildə yeraltı bazalarda milli silah istehsalı üçün işləri davam edir. Ölkədə olan gizli obyektlər, Tehran rəhbərliyinin uzun müddətli layihələrini çox dəqiq bir şəkildə göstərməkdədir."












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru