Ukrayna prezidenti haqqında yeni faktlar üzə çıxıb

14-05-2015, 11:49           
Ukrayna prezidenti haqqında yeni faktlar üzə çıxıb
Amerikanın "Azadlıq" radiosu Ukrayna prezidenti Petro Poroşenko haqqında yeni fakt üzə çıxarıb və onu vəzifəsindən sui-istifadədə günahlandırıb.

ANS PRESS-in məlumatına görə, bildirilir ki, P.Poroşenko son 7 ildə dövlət tərəfindən xüsusi qanunla qorunan Kiyev-Peçor qoruğunda dəfnə ağaclarının yaxınlığında bir neçə hektar elit yaşayış sahəsi alıb. O, alınan bu sahədə genişmiqyaslı tikinti işlərinə başlayıb, nəticədə XVIII əsrə aid tarixi bina zərər görüb.

"Azadlıq" radiosunun xəbərinə görə, P.Poroşenko bu məsələnin araşdırılmasına mane olmaq üçün xidməti vəzifəsindən istifadə edir.

"Rusiya 24" telekanalı bildirib ki, Petro Poroşenko seçkilərdən əvvəl seçiciləri qarşısında onun sərvətinin 750 milyon dollar dəyərində qiymətləndirildiyini, lakin prezident olduğu təqdirdə bütün işgüzar aktivlərindən əl çəkəcəyini və oliqarxların siyasi təsirini zəiflədəcəyinə söz verib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]