Varlı məmur balalarına zərbə: 850 lüks maşın saxland

17-05-2015, 00:02           

İranda 850 bahalı avtomobil nəzarətə götürülüb. Məlumata görə, polis paytaxt Tehranda yol hərəkəti qaydalarını pozan zəngin məmur övladlarının maşınlarını saxlayıb.
Tehran polisinin şefi Teymur Hüseyni açıqlamasında 850 lüks avtomobili nəzarətə götürdüklərini bildirib: “Ötən həftə müddətində yol polisləri qayda pozuntular səbəbi ilə 850 lüks maşını cərimə meydançasına aparıblar. Bu şəxslər təhlükəli və həddən artıq sürətdən istifadə edərək digər sürücü və piyadalar üçün problem yaradırlar. Təhlükəli maşın sürən zəngin məmur övladlarına qarşı mübarizəyə başlamışıq. 24 saat reyd apardıqdan sonra kifayət qədər qayda pozan şəxsləri saxladıq”.
İranın dini lideri Ayətullah Əli Xameneyi də məsələyə münasibət bildirib: “Bəzi zəngin uşaqları küçələrdə bahalı avtomobilləriylə gəzir. Bu da cəmiyyətdə psixoloji narahatlığa yol açır”.
Qeyd edək ki, ölkə ərazisində lüks maşınların artımı və tıxacların yaranması, eyni zamanda təhlükəli zəngin sürücülər millət vəkilləri, dövlət nümayəndələri tənqid olunur (qafqazinfo.az).












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]