Məscidi ən-Nəbəvidə (Peygəmbər Məscidi) namaz vaxtı imama hücum olub.

19-05-2015, 10:48           

Mədinədə Məhəmməd peyğəmbərin məzarının olduğu Məscidi ən-Nəbəvidə (Peygəmbər Məscidi) namaz vaxtı imama hücum olub.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, hadisə səhər namazının qılındığı vaxt baş verib.

Əqli qüsurlu olduğu deyilən bir şəxs namazın ikinci rükətinın qılındığı vaxt İmam Əli Huzeyfiyə hücum edib. Qışqıraraq arxa sıralardan imama doğru hərəkət edən şəxs imama çatmağa bir neçə metr qalmış təhlükəsizlik əməkdaşları tərəfindən saxlanılıb.

İmam ona hücumun edildiyini fərq etsə də yerindən tərpənməyib və səsini bir az da yüksəldərək namazına davam edib. Saxlanılan şəxs polis şöbəsinə aparılıb. Onun uzun müddətdir psixoloji müalicə aldığı məlum olub.

Hadisə məscidin təhlükəsizlik kamerasından qeydə alınıb.
[media=https://www.youtube.com/watch?v=8qrUfkwKiRU]












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]