Yaxın 12 ay ərzində İŞİD terror qruplaşması nüvə silahına sahib ola bilər.

24-05-2015, 17:49           
Yaxın 12 ay ərzində İŞİD terror qruplaşması nüvə silahına sahib ola bilər.
Yaxın 12 ay ərzində İŞİD terror qruplaşması nüvə silahına sahib ola bilər.

ANS PRESS-in məlumatına görə, terrorçu qruplaşmanın əsir götürdüyü britaniyalı jurnalist Con Kentli video müraciətdə bu haqda danışıb.

O, terrorçuların nüvə silahını Pakistandan alacağını deyib. "İŞİD elə bir şey etmək niyyətindədir ki, indiyədək olanlar xırda atışma kimi görünəcək. Qruplaşmanın bank hesablarında milyardlarla dollar var. Onlar sadəcə Pakistandakı "vilayət"lərinə zəng edəcəklər ki, rüşvətxor məmurlara yaxın olan işbazların vasitəsilə nüvə bombası alsınlar", - deyə Con Kentli bildirib.

Qeyd edək ki, Con Kentli 2012-ci ilin noyabrında İŞİD-çilər tərəfindən əsir götürülüb və o zamandan etibarən Suriyanın Rəqqa şəhərində saxlanılır. Terrorçular indiyədək həmin jurnalistdən öz təbliğatlarında və müraciətlərində istifadə edirlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]