Şimali Koreya Rusiyadan savayı MDB məkanında sonuncu səfirliyini bağlayıb

21-08-2016, 09:50           
Şimali Koreya Rusiyadan savayı MDB məkanında sonuncu səfirliyini bağlayıb
Şimali Koreya MDB-dəki missiyalarının restrukturizasiyası çərçivəsində Özbəkistandakı səfirliyini bağlamağa qərar verib.

APA-nın xəbərinə görə, bu barədə “Renhap” agentliyi Daşkənddəki diplomatik mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, səfirliyin bağlanmasına dair qərar ötən ay verilib.

Qeyd edək ki, bundan sonra Şimali Koreyanın yalnız Moskvadakı səfirliyi fəaliyyətini davam etdirəcək. Şimali Koreya bundan əvvəl 1998-ci ildə Qazaxıstandakı səfirliyini ləğv edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru