Vahid Ələkbərov amerikada şirkətə şərik oldu

26-05-2015, 21:30           
Vahid Ələkbərov amerikada şirkətə şərik oldu
Rusiyanın “Lukoyl” şirkətinin səhmdarları Vahid Ələkbərov və Leonid Fedun ABŞ-ın “Panatlantic Exploration” neft şirkətinin şərikləridir.

AzVision.az “Forbes” jurnalına istinadən xəbər verir ki, bu barədə “Panatlantic” direktorlar şurasının rəhbəri Olqa Plaksina bildirib.

Qeyd edək ki, “Panatlantic Exploration” Afrika şelfində dərin sularda neft-qaz olduğu yataqlarının kəşfiyyatı ilə məşğul olur.

“Panatlantic Exploration” qərargahı Hyuston şəhərində yerləşir. Şirkət Qana, Kot-dİvuar, Ekvatirial Qviniya, Kolumbiya və Krımda kəşfiyyat işləri həyata keçirir.

Nəşrin mənbəsinin sözlərinə görə, ABŞ-da şirkəti Fedun idarə edir: “Leonid Arnoldoviç – yeni kəskin hisslər axtaran narahat və riski sevən insandır. O, darıxdırıcı adi biznesi sevmir və maraqlarını təmin etmək üçün yeni maraqlar axtarır. Ola bilər ki, dərin sularda qazma — bu belə istiqamətlərdən biridir”.

Mənbə həmçinin qeyd edib ki, “Panatlantic Exploration” şirkətinə 100 milyondan çox yatırım əldə edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]