Xəlifə Moskvada Putinlə görüşdü

7-09-2016, 16:23           
Xəlifə Moskvada Putinlə görüşdü
Rusiya Prezidenti Vladimir Putin Bəhreyn kralı Hamad İbn İsa əl Xəlifə ilə görüşüb.

Axar.az xəbər verir ki, Kremldən verilən açıqlamada liderlərin iki ölkə arasındakı münasibətləri, Yaxın Şərqdə baş verən hadisələri müzakirə etdiyi bildirilir.

Görüşdə ticarət, iqtisadiyyat, elm, texnologiya və hərbi sahələrdə əməkdaşlığı əks etdirən anlaşmalar, neft və qaz yataqlarının kəşfi, işlənməsi mövzusunda memorandum imzalanıb.

Daha sonra Bəhreyn kralı Moskvada təşkil olunan Ordu-2016 hərbi texnologiyalar sərgisində iştirak edib.

Xatırladaq ki, Bəhreynin Moskvadakı səfiri Əhməd Əbdülrəhman Saati kralın xüsusilə S-300 və S-400 hava hücumundan müdafiə sistemlərini görmək istədiyini açıqlamışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru