İŞİD-ə “Ləbeyk ya Hüseyn” hücumu başladı (VİDEO)

27-05-2015, 06:53           

İraqın hökumət qüvvələri İŞİD terror qruplaşmasını Anbar əyalətindən çıxarmaq üçün əməliyyata başlayıb.

ANS PRESS-in məlumatına görə, bu barədə şiə döyüşçülərdən ibarət könüllü qüvvə olan Xalq Səfərbərliyinin sözçüsü bildirib.
O bildirib ki, əməliyyat, qoşunların və döyüşçülərin Səlahəddin əyalətindən cənuba doğru hərəkətini əhatə edəcək və İŞİD döyüşçülərinin Ramadidə təcrid olunmasına çalışalacaq.

Xalq Səfərbərliyi sözçüsü Əhməd əl-Əssadi mətbuat konfransında əalvə edib ki, Anbara nəzarəti ələ keçirmək üçün əməliyyat şiə imamına hörmət əlaməti olaraq “Ləbeyk ya Hüseyn” adlandırılacaq. O bildirib ki, əməliyyat “uzun çəkməyəcək” və döyüşdə “düşməni təəccübləndirəcək” yeni silahlardan istifadə olunacaq. Əssadi ayrıca olaraq AFP xəbər agentliyinhə bildirib ki, təhlükəsizlik qüvvələri və hərbçilər şəhəri mühasirəyə alıb hücuma keçməzdən öncə, Ramadinin şimal-şərqindəki səhra ərazilərə hərəkət edəcəklər.

Hücum amerikalılar tərəfindən müsbət qarşılanıb. Hətta vitse-prezident Co Bayden ABŞ dəstəyi üçün söz verib. Lakin o əlavə edir ki, ABŞ şiə döyüşçülərin rolundan hələ də narahatdır. ABŞ İraqdakı şiə döyüşçülərin İran təfəindən dəstəkləndiyi gümanındadır.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]