Suriya hökumət ordusu Hələbi bombaladı

10-09-2016, 22:59           
Suriya hökumət ordusu Hələbi bombaladı
Bəşər Əsəd rejiminə məxsus Hərbi Hava Qüvvələrinin Suriyanın Hələb şəhərinə endirdiyi aviasiya zərbələri nəticəsində 24 nəfər ölüb.

Bu barədə "Anadolu" agentliyinə Hələbin Mülki müdafiə qüvvələrinin nümayəndəsi Nəcib Ənsari xəbər verib. Onun sözlərinə görə, hava zərbələri nəticəsində daha 73 nəfər yaralanıb.

O, qeyd edib ki, Əsədin aviasiyası Məşhəd, Sukkeri, Ətarib rayonlarını bombalayıb.

Mülki müdafiə qüvvələrinin üzvləri dağılmış binaların altındakı meyitləri və yaralıları çıxarmağa çalışır.

Bombardmanlara məruz qalan rayonların səhra hospitallarında dərman çatışmazlığı hiss olunur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru