ABŞ və Almaniyadan Rusiyaya bəd xəbər: “Sanksiyalar davam edəcək...”

7-06-2015, 15:34           
ABŞ və Almaniyadan Rusiyaya bəd xəbər: “Sanksiyalar davam edəcək...”
ABŞ prezidenti Barak Obama və Almaniya kansleri Angela Merkel Rusiyaya qarşı sanksiyaları davam etdirməyin zəruri olduğunu bəyan ediblər. Musavat.com –un xarici KİV-ə istinadən verdiyi xəbərə görə, bu barədə Ağ Evin mətbuat xidməti açıqlama yayıb.

Məlumata görə, “Böyük yeddilər”in (G7) Almaniyadakı birinci plenar iclasından öncə Obama və Merkel göz-gözə görüşüblər.

İki dövlətin rəhbərləri “Moskvaya qarşı sanksiyaların Moskvanın Ukraynaya dair Minsk anlaşmasını tam həcmdə yerinə yetirməsindən birbaşa asılı olması” haqda razılığa gəliblər.

Bundan əlavə, liderlər həmçinin, Transatlantik ticarət və sərmayə tərəfdaşlığını müzakirə ediblər və gələcək anlaşmalar çərçivəsində birgə fəaliyyətin önəmini qeyd ediblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]