Lukaşenko Putinlə görüşdən sonra Zelenski ilə danışmaq istəyir

27-09-2025, 09:34           
Lukaşenko Putinlə görüşdən sonra Zelenski ilə danışmaq istəyir
Belarus prezidenti Aleksandr Lukaşenko müharibəni dayandırması üçün Ukraynaya çağırış edib.

Moderator.az xəbər verir ki, bu barədə o, Rusiya mətbuatına müsahibəsində danışıb.

Lukaşenko Ukraynanı dayanmağa çağırıb. O bildirib ki, "əks halda onlar bütün Ukraynanı itirəcəklər".

Lukaşenkonun sözlərinə görə, Rusiya ordusunu bundan sonra dayandırmaq çətin olacaq. Buna görə də “üç slavyan ölkəsi” masa arxasında əyləşməli və müharibənin dayandırılması ilə əlaqədar razılığa gəlməlidir: "Biz üç slavyan dövlətinin lideri oturub razılığa gəlməliyik".

Lukaşenko Rusiya Prezidenti Vladimir Putinlə görüşdən sonra Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışmaq istədiyini bildirib: "Mən sadəcə onunla danışmaq istərdim. Ona deyəcəklərim var. Düşünürəm ki, bizim məsləhətləşmələrə başlamağın vaxtı çatıb".

O qeyd edib ki, bütün cəbhələrdə, xüsusilə də bəzi bölgələrdə ruslar praktiki olaraq böyük yaşayış məntəqələrini ələ keçiriblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru