Rusiya dizel ixracını da dayandırdı - Ukrayna PUA-larının “sanksiyası” öz sözünü deyir

27-09-2025, 09:24           
Rusiya dizel ixracını da dayandırdı -
Hökumətlərarası sazişlər çərçivəsində tədarüklər istisna olmaqla, bütün iştirakçılar üçün benzinin ixracına qoyulan qadağa ilin sonuna qədər uzadılacaq.

“AzPolitika” xəbər verir ki, bu barədə Rusiya Baş nazirinin müavini Aleksandr Novak məlumat verib. Ancaq qadağa tək benzinlə məhdudlaşmır.

Novak deyib ki, dizel yanacağının ixracına da ilin sonuna qədər qadağa qoyulacaq: "Bəli, qərar var. Benzinin ixracına qoyulan qadağanı tezliklə ilin sonuna qədər uzadacağıq və dizel yanacağının ixracına qadağa da ilin sonuna qədər tətbiq olunacaq. Bu, bizə bazarı əlavə olaraq neft məhsulları ilə təmin etməyə imkan verəcək".

O əlavə edib ki, hazırda Rusiyada guya “cüzi neft məhsulları çatışmazlığı var və bu, yığılmış ehtiyatlarla örtülür”. Lakin Novakın dediklərindən fərqli olaraq, yerdə vəziyyət kifayət qədər ağırdır.

Ukrayna PUA-larının zərbələri səbəbindən Rusiya neft emalı sənayesinin təxminən 20 faizi fəaliyyətini ya tam, ya da qismən dayandırıb. Nəticədə daxili bazarı belə yanacaqla təmin etmək çətinləşdiyindən hökumət yanacaq ixracına qadağa qoymaq məcburiyyətindəqalıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru