İran prezidenti ABŞ-ın bu tələbini rədd edib

28-09-2025, 09:08           
İran prezidenti ABŞ-ın bu tələbini rədd edib
İran ABŞ-nin Tehrana qarşı sanksiyaların bərpasının üç aylıq gecikdirilməsi müqabilində 60 faizə qədər 400 kq-dan çox zənginləşdirilmiş uranın təhvil verilməsi tələblərini həddindən artıq adlandırıb.

Trend-in məlumatına görə, bu barədə İran prezidenti Məsud Pezeşkian deyib.

“Bu cür bəyanatlar qəbuledilməzdir və əgər biz onların həddi aşan tələbləri ilə sanksiyaların dərhal bərpası arasında seçim etməli olsaq, sanksiyaların bərpasını seçəcəyik”, – deyə o bildirib.

Qeyd edək ki, M.Pezeşkianın bəyanatı BMT Təhlükəsizlik Şurasının ötən gün Rusiya və Çinin Tehrana qarşı sanksiyaların bərpasını altı ay müddətinə təxirə salmaq üçün təqdim etdiyi qətnamə layihəsini rədd etməsindən sonra verilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru