Yaponiya bankı kişi işçilər üçün atalıq məzuniyyətini məcburi edəcək

28-09-2025, 11:38           
Yaponiya bankı kişi işçilər üçün atalıq məzuniyyətini məcburi edəcək
Yaponiyanın ən böyük banklarından biri olan "Sumitomo Mitsui" kişi işçiləri üçün atalıq məzuniyyətini məcburi etməyi planlaşdırdığını açıqlayıb.

Bu barədə "Report" yerli KİV-ə istinadən xəbər verir.

Qeyd olunur ki, kişi bank işçiləri üçün məcburi aylıq atalıq məzuniyyətinin 2028-ci ildən tətbiq olunacağı gözlənilir.

Ödənişli məzuniyyətin özündən başqa, bank bu işçilərə 50 min yen (hazırkı məzənnə ilə 334 dollar) məbləğində əlavə bonus ödəmək niyyətindədir.

"Sumitomo Mitsui" artıq uşaq sahibi olan kişilərə atalıq məzuniyyəti təklif edir, lakin hazırda belə məzuniyyətin müddəti 12 gündür və işçi onu alıb-almayacağına qərar verir.

Yapon bankı vurğulayıb ki, məqsəd kişilərin atalıq məzuniyyətinə münasibətini normallaşdırmaqdır, çünki yapon cəmiyyəti tarixən kişilərin utanması və ya uşaq doğulduqdan sonra məzuniyyət almağı məqsədəuyğun hesab etməməsi ilə xarakterizə olunur.

Yaponiya hakimiyyət orqanlarının məlumatına görə, Yaponiyada rekord sayda kişi işçi 2024-cü ildə atalıq məzuniyyətinə çıxıb (40,5%). Bu arada, keçən il işləyən qadınların 86,6 faizi analıq məzuniyyətinə çıxıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru