ABŞ-də toya gələn qonaqların qeyri-adi qəbulu

28-09-2025, 12:28           
ABŞ-də toya gələn qonaqların qeyri-adi qəbulu
Cütlük toylarına gələn qonaqları düzgün əyləşdirmək üçün LEGO fiqurlarından istifadə edərək yer cədvəli hazırlayıb.

Oxu.Az xəbər verir ki, hadisə ABŞ-də baş verib.

LEGO şirkəti "Kapitan Cek Sərçənin Dəniz Quldurları Gəmisi" adlı dəstini təqdim edib. Dəst 2862 hissədən ibarətdir. Hər bir fiqurun ölçüsü 23 santimetrdir.

Amerikalı cütlük məhz bu dəstdən istifadə edərək toya gələn qonaqlara harada əyləşməli olduqlarını əyani şəkildə göstərən maket hazırlayıb. Maket şənliyə toplaşanların böyük marağına səbəb olmaqla yanaşı, məclisə əlavə rəng qatıb.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru