Ukrayna Rusiyaya yeni hücumların anonsunu verdi

30-09-2025, 00:06           
Ukrayna Rusiyaya yeni hücumların anonsunu verdi
Ukraynanın xarici işlər naziri Andriy Sibiqa Rusiya ərazisinə yeni hücumların anonsunu verib.

Teleqraf "RBC-Ukrayna"ya istinadən xəbər verir ki, nazir Rusiyanın hər zərbəsinə cavab veriləcəyini bildirib

"Putin hər dəfə Ukraynaya daha bir neçə yüz pilotsuz təyyarə və raket atmağı düşünəndə başa düşməlidir ki, cavab olaraq Rusiyaya bərabər və ya daha çox sayda raket və pilotsuz uçuş aparatı atılacaq. Bu, artıq qismən baş verir", - Sibiqa deyib.

O, Rusiyanın hərəkətlərinə cavab vermək üçün Ukraynanın paritetə ​​nail olmasının vacibliyini bəyan edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru