ABŞ-də "yaşıl" və "iqlim dəyişikliyi" terminlərinin istifadəsi qadağan edildi

30-09-2025, 08:16           
ABŞ-də "yaşıl" və "iqlim dəyişikliyi" terminlərinin istifadəsi qadağan edildi
ABŞ Energetika Nazirliyi "yaşıl", "iqlim dəyişikliyi" və "dekarbonizasiya" kimi ifadələrin istifadəsi tövsiyə olunmayan terminlər siyahısına daxil edib.

Oxu.Az "Politico"ya istinadən bildirir ki, müvafiq elektron məktub qurumun enerji səmərəliliyi və bərpaolunan enerji mənbələri idarəsinə göndərilib.

"Ağ Evin baxışlarına və prioritetlərinə uyğun olmadığını bildiyiniz terminologiyadan istifadə etməməyi diqqətlə nəzarətdə saxlayın", - deyə məktubda qeyd olunub.

Həmçinin siyahı nazirliyin həm xarici, həm də daxili kommunikasiyalarına şamil edilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru