İlon Mask tarixdə sərvəti 500 milyard dollara çatan ilk insan oldu

2-10-2025, 08:10           
İlon Mask tarixdə sərvəti 500 milyard dollara çatan ilk insan oldu
Amerikalı sahibkar İlon Mask tarixdə sərvəti 500 milyard dollar olan ilk insan olub.

Oxu.Az bu barədə "Forbes" nəşrinə istinadla xəbər verir.

"Real-Time Billionaries" reytinqinin məlumatına əsasən, Maskın şirkəti "Tesla"nın səhmlərinin dəyərinin 4 faizə yaxın artması onun sərvətinə təqribən 9,3 milyard dollar əlavə edib.

Bu, Maskın planetin ən zəngin insanları siyahısında liderliyini möhkəmləndirib. O, siyahıda ən yaxın rəqibi olan Larri Ellisonu 150 milyard dollar qabaqlayır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru