KİV: Trampın tətbiq etdiyi rüsumlar ABŞ-də qiymət artımına səbəb olub

6-10-2025, 12:34           
KİV: Trampın tətbiq etdiyi rüsumlar ABŞ-də qiymət artımına səbəb olub
ABŞ-də Donald Trampın administrasiyası tərəfindən tətbiq edilən idxal gömrük tarifləri konservləşdirilmiş şorbalardan avtomobil ehtiyat hissələrinə qədər müxtəlif məhsulların pərakəndə satış qiymətlərinə təsir göstərməyə başlayıb.

Moderator.az bu barədə "Financial Times" qəzetinə istinadla xəbər verir.

ABŞ Əmək Statistikası Bürosunun məlumatına görə, 2025-ci ilin mart-avqust aylarında audio avadanlıqların qiymətləri 14%, paltarların qiyməti isə 8% artıb. Alət və məişət məhsullarının qiymətlərində artım 5% təşkil edib. Qəzet xatırladır ki, bu məhsulların əksəriyyəti ABŞ-yə idxal olunur.

Aparıcı pərakəndə satış şirkətləri "yumşaq" kateqoriyaya daxil olan 29 məhsulun 11-nin (mayka, köynək, ayaqqabı və s.) və "sərt" kateqoriyaya daxil olan 18 məhsulun 12-nin (velosipedlər, qabyuyan maşınlar və s.) qiymətlərini artırıblar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru