Fransada yeni hökumət təsdiqləndi

6-10-2025, 11:08           
Fransada yeni hökumət təsdiqləndi
Baş nazir Sebastyen Lekornyunun təklif etdiyi yeni Fransa hökumətinin birinci hissəsi ölkə prezidenti tərəfindən təsdiqlənib.

TASS xəbər verir ki, ən diqqətçəkən dəyişikliklərdən biri keçmiş iqtisadiyyat və maliyyə naziri Bruno Le Merin müdafiə naziri təyin edilməsi olub.

Eyni zamanda, bir neçə əsas nazir öz vəzifələrini saxlayıblar: Daxili İşlər Nazirliyinə Bruno Retayo, Xarici İşlər Nazirliyinə Jan-Noel Barro, Ədliyyə Nazirliyinə isə Jerald Darmanin rəhbərlik etməyə davam edəcək.

Həmçinin Raşida Dati (mədəniyyət naziri), Ketrin Votrin (səhiyyə naziri) və Enni Jenevar (kənd təsərrüfatı və ərzaq naziri) da öz vəzifələrini qoruyacaqlar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru