Ağ Ev: Demokratlar hökumətimizi bağlamaqla amerikalıları işlərindən etdilər

7-10-2025, 15:24           
Ağ Ev: Demokratlar hökumətimizi bağlamaqla amerikalıları işlərindən etdilər
Demokratlar hökumətimizi bağlamaqla amerikalıları işlərindən etdilər. AZƏRTAC-ın məlumatına görə, bu sözləri Ağ Evin mətbuat katibi Kerolayn Livit keçirdiyi mətbuat konfransında deyib. O, bildirib ki, hökumətin bağlanması ilə müxalif partiya qoşunlara zərər verib, iqtisadiyyata zərər vurub və xaosa səbəb olub.

“Bütün bunlar ölkəmizə qanunsuz daxil olmuş şəxslərə köməkdir. Qanunsuz miqrantları məsuliyyətə cəlb etmək və onları aradan qaldırmaq əvəzinə Demokratlar Partiyası onlara Amerika vergi ödəyiciləri tərəfindən ödənilən pulsuz güzəştlər vermək istəyirlər. Onlar isə bunu reallaşdırmaq üçün Amerika vətəndaşlarına zərər verməyə hazırdırlar”, - deyə o əlavə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru