ABŞ Senatı 2026-cı ilin hərbi xərclərini 925 milyard dollar məbləğində təsdiq edib - KİV

10-10-2025, 08:39           
ABŞ Senatı 2026-cı ilin hərbi xərclərini 925 milyard dollar məbləğində təsdiq edib - KİV
ABŞ Konqresinin Senatı ölkənin 2026-cı maliyyə ili (1 oktyabrda başlayıb) üzrə hərbi xərclərini 925 milyard dollar məbləğində təsdiq edib.

"Report"un məlumatına görə, sənəddə Ukraynaya 500 milyon dollar məbləğində yardım da nəzərdə tutulub.

Qanun layihəsini 77 qanunverici dəstəkləyib, onlardan 20-si isə əleyhinə səs verib. ABŞ Konqresinin yuxarı palatasında sənədin təsdiqi üçün ən azı 60 nəfərin dəstəyi tələb olunurdu.

Qeyd edək ki, sentyabr ayında Konqresin Nümayəndələr Palatası ABŞ-nin 2026-cı maliyyə ili üçün hərbi xərclər haqqında qanun layihəsinin öz versiyasını təxminən 900 milyard dollar məbləğində qəbul etmiş, Ukraynaya yardım üçün 400 milyon dollar nəzərdə tutulmuşdu.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru