Almaniyadan Ukraynaya möhtəşəm jest

10-10-2025, 12:14           
Almaniyadan Ukraynaya möhtəşəm jest
Almaniyanın "Rheinmetall" konserni Ukraynaya "Leopard 1" tankı bazasında "Skyranger 35" hava hücumundan müdafiə sistemləri (HHM) göndərəcək.
Vesti.ru xəbər verir ki, o bunu Rusiyanın dondurulmuş aktivlərindən əldə olunan vəsait hesabına həyata keçirəcək.

Şirkətin mətbuat xidmətinin məlumatında deyilir ki, hərbi sifarişin dəyəri "üçrəqəmli milyonlarla avro həcmindədir".

Silah təchizatı Rusiya aktivləri hesabına Avropa İttifaqı ölkələrindən biri tərəfindən maliyyələşdirilir.

Partiyanın həcmi barədə heç bir məlumat verilmir.

Bundan əvvəl İsveçin maliyyə naziri Elizabet Svantesson bildirib ki, onun ölkəsi Avropa İttifaqını dondurulmuş Rusiya aktivlərini Kiyev rejiminə yardıma yöndəndirilməsinə inandırmaq niyyətindədir.

Rusiya Federasiyası Prezidentinin sözçüsü Dmitri Peskov isə öz növbəsində bəyan edib ki, onun ölkəsi Qərbdə Rusiya aktivlərini qanunsuz ələ keçirilməsinin təşəbbüskarlarını və bu işin icraçılarını təqib edəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru