Avstriya İsrailin kənarlaşdırılacağı təqdirdə “Avroviziya”ya ev sahibliyi etməyəcək - DEMARŞ

11-10-2025, 09:38           
Avstriya İsrailin kənarlaşdırılacağı təqdirdə “Avroviziya”ya ev sahibliyi etməyəcək - DEMARŞ
Avstriya İsrailin kənarlaşdırılacağı təqdirdə 2026-cı il “Avroviziya” mahnı müsabiqəsinə ev sahibliyi etməyəcəyini açıqlayıb.

APA xəbər verir ki, belə bəyanatla kansler Kristian Stoker çıxış edib.

Qeyd edək ki, ötən il “JJ” kimi tanınan Yohannes Picin ifa etdiyi “Wasted Love” adlı mahnı ilə qalib gələn Avstriya, növbəti müsabiqəyə ev sahibliyi etmək hüququ qazanmışdı.

Qeyd edək ki, analoji mövqe Almaniyadan da gəlib. Belə ki, kansler Fridrix Merz keçən bazar ertəsi etdiyi açıqlamada, İsrailin müsabiqənin bir parçası olduğunu müdafiə edib və onun müsabiqədən kənarlaşdırılmasının müzakirə olunmasını belə qalmaqal adlandırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru