Avropa üçlüyündən İranla bağlı BƏYANAT: HAZIRIQ!

11-10-2025, 09:41           
Avropa üçlüyündən İranla bağlı BƏYANAT: HAZIRIQ!
Almaniya, Fransa və Böyük Britaniya hərtərəfli və uzunmüddətli sazişin bağlanması üçün İranın nüvə proqramı ilə bağlı danışıqları bərpa etməyə hazırdır.

Bu barədə Almaniya hökumətinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, məsələ ilə bağlı Fridrix Merz, Emmanuel Makron və Keyr Starmer arasında danışıqların yekunları üzrə birgə bəyanat qəbul edilib:

“Biz İranın heç vaxt nüvə silahı əldə etməməsini təmin edəcək hərtərəfli, davamlı və yoxlanıla bilən razılaşma əldə etmək üçün İran və ABŞ ilə danışıqları bərpa etməkdə qərarlıyıq”.

Eyni zamanda, üç ölkənin liderləri “snapback” mexanizminin işə salınmasını düzgün qərar hesab etdiklərini və BMT-nin bütün üzvlərini Tehrana qarşı məhdudiyyətlərə əməl etməyə çağırdıqlarını bəyan ediblər. \\Bakupost.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru