Yeni Zelandiya parlamentinin deputatı ritual rəqsi ilə iclası pozdu VİDEO

11-10-2025, 08:51           
Yeni Zelandiya parlamentinin deputatı ritual rəqsi ilə iclası pozdu  VİDEO
Yeni Zelandiya parlamentində Maori Partiyasından yeni seçilmiş deputat Oriini Kayparanın çıxışından sonra iclas yarımçıq kəsilib.

Oxu.Az bu barədə "The Press" nəşrinə istinadən xəbər verir.

Parlamentin iclası zamanı deputat mənsub olduğu maori qəbiləsinə məxsus "haka" döyüş rəqsini ifa edib.

Bundan sonra sözügedən partiyanın digər üzvləri də ona qoşulublar. Yekunda iclas dayandırılıb.

Parlamentin spikeri bildirib ki, Maori Partiyası üzvlərinin sessiyanı əvvəlcədən pozmağı planlaşdırdıqları müəyyən olunarsa, o, İmtiyazlar Komitəsi qarşısında onların iclaslardan kənarlaşdırılması məsələsini qaldıracaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru