Nobel Komitəsi Trampa belə cavab verdi: "Yekun qərar həmişə cəsarət və düzgünlük prinsiplərinə uyğun olaraq qəbul edilir".

11-10-2025, 10:36           
Nobel Komitəsi Trampa belə cavab verdi: "Yekun qərar həmişə cəsarət və düzgünlük prinsiplərinə uyğun olaraq qəbul edilir".
Norveç Nobel Komitəsi ABŞ Prezidenti Donald Trampın və onun tərəfdarlarının sülh mükafatının ona verilməsi ilə bağlı çağırışlarına reaksiya verib.

"The Independent" nəşri xəbər verir ki, Nobel Sülh mükafatının təqdim edilməsi mərasimində komitənin sədri Yorgen Vatne Fridness qərarların müstəqil şəkildə verildiyinə diqqət çəkib.

O qeyd edib ki, komitə dəfələrlə KİV-də kampaniyalar və təzyiqlərlə üzləşib, lakin qərarlar həmişə mükafatın təsisçisi Alfred Nobelin ideyaları əsasında qəbul olunub:

"Komitə üzvləri bütün dünyadan minlərlə məktub alır, insanlar öz sülh anlayışlarını bölüşürlər, lakin yekun qərar həmişə cəsarət və düzgünlük prinsiplərinə uyğun olaraq qəbul edilir".

2025-ci il Nobel Sülh mükafatı laureatı Mariya Korina Maçado isə öz mükafatını Venesuela xalqına və Trampa həsr etdiyini bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru