KİV: ABŞ hərbçiləri İsrailə gəlməyə başlayıblar

11-10-2025, 15:24           
KİV: ABŞ hərbçiləri İsrailə gəlməyə başlayıblar
ABŞ hərbçiləri Qəzza zolağında atəşkəs razılaşmasının həyata keçirilməsinə nəzarətlə məşğul olacaq mülki-hərbi koordinasiya mərkəzinin yaradılması çərçivəsində İsrailə gəlməyə başlayıblar.

Bu barədə CNN telekanalı Pentaqondakı mənbəyə istinadən xəbər verib.

Qeyd olunub ki, İsraildə təxminən 200 amerikalı hərbi qulluqçu yerləşdiriləcək. Onların əsas vəzifəsi razılaşmanın humanitar və logistik bəndlərinin yerinə yetirilməsinə nəzarət etmək, yardımın çatdırılmasına və təhlükəsizliyin təmin edilməsinə köməklik göstərmək, həmçinin zolaqda mülki idarəetmənin formalaşdırılması səylərini monitorinq etməkdir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru